Bu gün Bolqarıstan parlamentinin sədri Bakıya gəlir
19 iyun 2019 16:20 (UTC +04:00)

Bu gün Bolqarıstan parlamentinin sədri Bakıya gəlir

Bolqarıstan parlamentinin sədri Sveta Karayançeva bu gün Bakıya gələcək.
 
APA-nın məlumatına görə, S.Karayançeva sabah Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 53-cü plenar sessiyasında iştirak edəcək. 
 
Məlumata görə, Bolqarıstan parlament sədrinin Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov və bir sıra şəxslərlə görüşlər keçirməsi nəzərdə tutulur. 
Qeyd edək ki, bu ilin yanvarından Bolqarıstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına 6 ay müddətinə sədrlik edir.
# 665
avatar

Oxşar yazılar