Təhsil naziri: "Beynəlxalq olimpiadalarda şagirdlərin nəticələri hər il yaxşılaşır"
19 iyun 2019 15:39 (UTC +04:00)

Təhsil naziri: "Beynəlxalq olimpiadalarda şagirdlərin nəticələri hər il yaxşılaşır"

"Beynəlxalq olimpiadalarda şagirdlərin nəticələri hər il yaxşılaşır".
 
APA-nın xəbərinə görə, bunu Təhsil naziri respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırma mərasimində deyib.
 
O bildirib ki, respublika fənn olimpiadaları ölkədə ən rəqabətli yarışlardan biridir.
Nazirin sözlərinə görə, təxminən son 5 il ərzində respublika fənn olimpiadalarının keçirilməsində sistemli dəyişikliklər baş verib.
 
C. Bayramov xatırladıb ki, qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qalibləri isə müvafiq ixtisaslar üzrə müsabiqədənkənar, ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə edəcəklər.
# 616
avatar

Oxşar yazılar