"Dövlət başçısının əsas hədəfi vətəndaş məmnunluğunu təmin etməkdir"
19 iyun 2019 15:04 (UTC +04:00)

"Dövlət başçısının əsas hədəfi vətəndaş məmnunluğunu təmin etməkdir"

"Prezident İlham Əliyev imzaladığı son sərəncamlarla sosial islahatlar paketinin növbəti böyük miqyaslı mərhələsini təqdim etdi. Vergi və gömrük sahəsində şəffaflığın artırılması istiqamətində görülən işlər nəticəsində büdcənin əhəmiyyətli dərəcədə artması, yəni yeni maliyyə resurslarının yaranması əvətəndaşların sosial müdafiəsinin gücləndirilməsində özünü göstərməkdədir". 
 
Lent.az xəbər verir ki, bu fikirləri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mətbuat xidmətinin rəhbəri Elməddin Behbud deyib.
 
O qeyd edib ki, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addım olan bu sərəncamlar dövlət başçısının siyasi iradəsinin göstəricisi olmaqla cari ilin əvvəlindən başlayaraq sosial sahədə sahədə həyata keçirilən islahatların davamlı proses olduğunu bir daha nümayiş etdirdi:
 
Cənab prezidentin həyata keçirdiyi inqilabi sosial islahatlar müvafiq sahədə yeni ölçüyə - Azərbaycan standartına çevrilməkdədir. Bütün bunlar bir daha göstərir ki, dövlət başçısının əsas hədəfi vətəndaş məmnunluğunu təmin etməkdir.
 
Beləliklə cənab Prezident İlham Əliyev imzaladığı son sərəncamlar:
 
- minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını;
 
- dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılmasını;
 
- hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılmasını;
 
- dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılmasını;
 
- dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur.
# 536
avatar

Oxşar yazılar