274
13:59
19 İyun 2019

"Əmək haqlarının artımı həm də iqtisadi aktivliyi artıracaq" - RƏY

"2018-ildə Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar iqtisadiyyatda şəffavlığın səviyyəsini artırıb, iqtisadi artımın yeni mənbələrinin tapılmasına imkan yaradıb, qeyri-neft sektorunun sürətli inkişafını təmin edib. Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin, ixracın, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında, inflyasıyanın həcminin kiçik olmasında göstərdi".

Bunu APA -ya açıqlamasında Milli Məclisin deputatıTahir Mirkişilideyib.

Deputatg bildirib ki, 2018-ci ildə qəbul olunmuş 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab Prezidentin sərəncamları ilə geniş sosial paket elan edilib: "Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əmək haqqlarının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin və s. artmasına, problemli kreditlərinin vətəndaşların xeyrinə həll olunmasına səbəb oldu. Sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin 1-ci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir. Dövlət başçısının dünənki sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsi başladıldı. Yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50% artırılmasını nəzərdə tutur. Minimum əmək haqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır, xatırladım ki, minimum əmək haqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək. Digər tərəfdən dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların, hərbi və hüquq-mühavizə orqanlarında çalışanların və s. əmək haqqlarının 20-40% artırılması insanların maddi rifah halına mühüm dəstək olacaq. Ölkədə inflylasiyanın səviyyəsinin çox aşağı olması (2.3%) artımın real dəyərinin yüksək olmasına imkan yaradacaq.

Bütövlükdə Prezident sərəncamları ilə əmək haqqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq. Dövlət büdcəsin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaq. Əmək haqqlarının artımı həm də iqtisadi aktivliyi artırıcaq".

“Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artır, əhalinin sosial rifahı davamlı olaraq yüksəlir”.

Bunuisə APA -ya açıqlamasında Milli Məclisin deputatıSona Əliyevadeyib.

S.Əliyeva bildirib ki, ötən illər ərzində Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətə davamlı ölkəyə çevrilib. Onun sözlərinə görə, ölkəmizin iqtisadi gücünün artması sosial müdafiə sisteminin gücləndirilməsində də özünü ehtiva edir: "Məlum olduğu kimi, iyunun 18-də cənab Prezident yeni bir sosial paket imzalayıb. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən minimum əməkhaqqı 250 manat müəyyən edilib, eləcə də müxtəlif kateqoriyalar üzrə çalışanların əmək haqları artırılıb. Bu sərəncamla minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatıb ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq. Bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Beləliklə, iqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası ölkə başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırıb. Büdcə gəlirlərinin daha artıq məbləğdə təmin edilməsi, sosial sahədə islahatların dərinləşməsi üçün münbit şərait yaradıb. Dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə ölkə vətəndaşlarının sosial rifahına yönəldilməsi ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət - vətəndaş etimad mühitini dərinləşdirməklə, aparılan sosial siyasətin alternativsiz olduğunu bir daha sübut edir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputatDilarə Cəbrayılovada APA -ya deyib ki, Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixdə imzaladığı sərəncamlar əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verən mühüm addımlardandır.

O bildirib ki, sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq: “Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu 40 faizədək üstələməsi təmin edilir. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib: “Sosial problemlərin həlli, vətəndaşların rifah halının yüksəldilməsi ilə bağlı atılan addımlar bilavasitə Azərbaycanın nəinki regionda, o cümlədən, beynəlxalq aləmdə insan amilinə verdiyi dəyərin sübutudur".

D. Cəbrayılovanın sözlərinə görə, bu kimi qərarlar aparılan siyasətin mərkəzində insan amilinin dayanmasının göstəricidir: "Biz əminik ki, hər bir Azərbaycan vətəndaşı davamlı olaraq bu qərarların bəhrəsini görür. Ölkənin iqtisadi inkişafı, ümumilikdə, Azərbaycan ailəsinin sosial durumunun yaxşılaşmasına xidmət edir".

“Ölkə Prezidentindən növbəti inqilabi qərar əhalinin rifah halını daha da yaxşılaşdıracaq”.

Bunu isə APA -ya Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputatNaqif Həmzəyevdeyib. O qeyd edib ki, son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərə çarpacaq dərəcədə azalıb: “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərə çarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib. Vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən, ölkə vətəndaşının mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan analoji uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. 2019-cu ilin ilk aylarından ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib".

N. Həmzəyev qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixdə dövlət qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşların aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq pul təminatının artırılması haqqında imzaladığı bir sıra Sərəncamlar da əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verən mühüm addımlardandır: "Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu - 180 manatı 40 faizədək üstələməsi təmin edilir. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Xatırladım ki, Prezident İlham Əliyevin cari il fevralın 8-də imzaladığı Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılıb, bu artım 600 minədək insanı əhatə etmişdi”.

N. Həmzəyev qısa müddət ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasının müsbət nəticələrini də açıqlayıb. O bildirib ki, ölkədə həyata keçirilən iqtisadi və struktur islahatları nəticəsində son dövrlər büdcə gəlirlərin artması, maliyyə imkanların genişlənməsi sosial sahəyə daha çox diqqətin göstərilməsinə daha bir əyani sübutdur: “Bu artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə 2-ci yerdə qərarlaşacaq. Sevindirici haldır ki, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib. Dövlət başçısının humanizmi, daim xalqının yanında olması, xalqın arzu və istəklərini reallaşdırması, xalqa arxalanaraq inqilabi islahatlara getməsi müstəqil Azərbaycanımızı daha böyük zəfərlərə, iqtisadiyyatın, əhalinin rifah halının daha da yüksəlməsinə doğru aparır”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputatTahir Rzayev APA -ya açıqlamasında deyib ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin qarşısında duran əsas vəzifədir: "2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra dövlət başçısı imzaladığı bir çox fərman və sərəncamlarla sosial sahədə inqilabi addımlar atıb, milyonlarla insanın həyatının yaxşılaşdırılmasına yönəldilən qərarları ilə əhalinin bir daha rəğbətini qazanıb. Minimum əməkhaqlarının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması, problemli kreditlərlə bağlı məsələnin həlli, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi buna nümunə ola bilər.

İmzalanmış son sərəncamlar isə daha xarakterikdir və mütəxəssislərin hesablamalarına görə 2 milyondan çox insanı əhatə edir. Təkcə müəllimlərin əməkhaqqının artırılması yüz minlərlə insana şamsil olunur. Bu, pedaqoji sahədə çalışanlara göstərilən böyük diqqət və qayğının nəticəsidir. Bəzi nazirlik və komitələrdə, büdcə təşkilatlarında çalışanların əməkhaqlarının artırılması, minimum əməkhaqqının 250 manata çatdırılması bir daha sübut edir ki, dövlət başçısının "Mən xalqın xidmətçisiyəm, bizim vəzifəmiz xalqın rifahını yaxşılaşdırmaqdır" ifadələri real həyatda öz yerini tapır. Yürüdülən siyasətin sosial yönümlü olması heç kimdə şübhə doğurmur".

Deputat qeyd edib ki, Azərbaycan gündən-günə inkişaf edən, iqtisadi göstəricilərə görə beynəlxalq səviyyədə qəbul edilib, qiymətləndirilən bir dövlətdir: "Sözsüz ki, inkişafımızı təmin edən Prezidentlə xalqın birliyi, insanların nailiyyətlərimizə yaradıcı təkan verməsidir. Belə olan tərzdə bundan sonra iqtisadi yüksəlişimiz bilavasitə vətəndaşların sosial həyatının yaxşılaşdırılmasına yönəldiləcək və yeni sosial sərəncamlar veriləcək".