Müəllimlərin maaşı bu qədər artacaq - ekspert <span style="color:red;">AÇIQLADI
19 iyun 2019 14:20 (UTC +04:00)

Müəllimlərin maaşı bu qədər artacaq - ekspert AÇIQLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi iyunun 18-də “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam imzalayıb.
Lent.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, sərəncamdan sonra dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları artıb:
 
 
- Pedaqoji staj 3 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 462 manat oldu (əvvəl 385 manat idi), 77 manat artdı,
- Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 496 manat oldu (əvvəl 413 manat idi), 83 manat artdı,
- Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 522 manat oldu (əvvəl 435 manat idi), 87 manat artdı,
- Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 555 manat oldu (əvvəl 462 manat idi), 93 manat artdı,
- Pedaqoji staj 18 ildən çox olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 594 manat oldu (əvvəl 495 manat idi), 99 manat artdı.
 
K.Əsədov bildirib ki, elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər, Azərbaycanın fəxri adlarına layiq görülənlər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəlliflərinin maaşına 45 manat əlavə olunacaq:
“Bundan başqa, fəlsəfə doktoru olduğunuz halda 60, elmlər doktoru olanda isə maaşa 100 manat əlavə olunur. "Əməkdar” fəxri adında 100 manat, "xalq” fəxri adında isə maaşa 150 manat əlavə nəzərdə tutulur”.
 
# 1165
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar