Bakı klubları Avropa Liqasında “Espanyol” və “Vulverhempton”la qarşılaşa bilər
19 iyun 2019 10:51 (UTC +04:00)

Bakı klubları Avropa Liqasında “Espanyol” və “Vulverhempton”la qarşılaşa bilər

Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin siyahısı dəqiqləşib.
 
APA-nın məlumatına görə, bu gün İsveçrədə keçiriləcək püşkatmada üç təmsilçimizin rəqibi bəlli olacaq.
 
Yarışa bu raunddan başlayacaq “Qəbələ” püşk zamanı 3-cü qrupda yer alacaq. Səpələnmişlərdən olacaq “qırmızı-qaralar”ı 5 mümkün variantdan biri gözləyir:
3-cü qrup, səpələnməmişlər
“Lexiya” (Polşa)
“Dinamo” (Gürcüstan) – “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra)
“Olimpiya” (Sloveniya) – “Riqa” (Latviya)
“Breydablik” (İslandiya) – “Vaduts” (Lixtenşteyn)
“Radniçki” (Serbiya) – “Flora” (Estoniya)
 
I təsnifat mərhələsində Moldova “Speranta”sı ilə görüşəcək “Neftçi”nin yer aldığı cüt püşkdə 1-ci qrupda olacaq. “Ağ-qaralar” səpələnməmiş olduğundan səpələnmişlərdən biri ilə üzləşə bilər.
 
1-ci qrup, səpələnmişlər
“Dinamo” (Belarus) – “Liepaya” (Latviya)
“Espanyol” (İspaniya)
“Laçi” (Albaniya) – “Hapoel” (Beer-Şeva, İsrail)
“Atromitos” (Yunanıstan)
“Arsenal” (Rusiya)
 
Digər paytaxt klubu “Səbail”in Rumıniya təmsilçisi “Universitatya” ilə cütü 7-ci qrupda yer alacaq. Səpələnməmiş olan cütün qalibini daha güclü rəqib gözləyir.
 
7-ci qrup, səpələnmişlər
“Aris” (Yunanıstan)
“Esbyerq” (İsveç)
“Vitoriya” (Portuqaliya)
“Vulverhempton” (İngiltərə)
“Honved” (Macarıstan) – “Jalgiris” (Litva)
“Partizan” (Serbiya)
# 659
avatar

Oxşar yazılar