Con Bolton Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək
19 iyun 2019 10:42 (UTC +04:00)

Con Bolton Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş olacaq.
 
APA-nın məlumatına görə, bu barədə C.Bolton özünün “twitter” səhifəsində yazıb.
 
Görüşün həmçinin Ermənistan xarici işlər nazir Zohrab Mnasakanyanla da keçirilməsi nəzərdə tutulub. “Bu həftə sonu Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə aralarında dialoqun davam etdirilməsini təşviq etmək məqsədi ilə keçirəcəyim görüşü səbirsizliklə gözləyirəm. ABŞ regionda sülh prosesinin irəliləməsinə kömək etməyə hazırdır”,- deyə C.Bolton yazıb.
# 745
avatar

Oxşar yazılar