BMT-nin son hesabatı: Əsrin sonunda insan artımı 11 milyarda yüksələ bilər
19 iyun 2019 06:21 (UTC +04:00)

BMT-nin son hesabatı: Əsrin sonunda insan artımı 11 milyarda yüksələ bilər

Yaşlanmaqda olan 7.7 milyardlıq dünya əhalisinin 2050-ci ilədək 9.7 milyarda çatacağı gözlənilir.
 
APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, BMT-nin son hesabatında bildirilir ki, əsrin sonunda bu göstərici 11 milyarda yüksələ bilər.
 
Təxminlərə görə, 2050-ci ilədək əhali artımının ən çox hissəsi 9 ölkənin payına düşəcək.
Bunlar Hindistan, Nigeriya, Pakistan, Konqo, Efiopiya, Tanzaniya, İndoneziya, Misir və ABŞ olacaq.
 
Böyük səhraaltı Afrika ölkələrinində əhali sayının 2050-ci ilədək iki dəfə artacağı təxmin edilir.
 
BMT əhali artımının ən yüksək göstəricilərinin yoxsul ölkələrdə qeydə alınacağını bildirir. Bu isə yoxsulluqla mübarizə, gender bərabərliyi, səhiyyə və təhsil sistemlərinin yaxşılaşdırılması səylərini çətinləşdirəcək.
 
Hesabatda ömür uzunluğunun doğum səviyyəsinin azalması fonunda artdığı təsdiq edilib. Hər qadın başına qlobal doğum reyti 1990-ci ildə 3.2-dən 2019-da 2.5-ə enib Bu isə 2050-ci ildə bu göstəricinin 2.2 olacağını proqnozlaşdırır.
 
Vurğulanır ki, qadın başına 2.1 doğum əhalinin azalmasının qarşısının alınması üçün əsas faktordur. 2019-cu ildə Böyük sərhaaltı Afrika ölkələrinində qadın başına 4.6 doğum qeydə alınıb ki, bu da ən yüksək göstərici hesab edilir. 2010-cu ildən bəri 27 ölkə və ya ərazidə əhali sayı 1 faiz azalıb.
 
2019-2050-ci illər arasında 55 ölkə və ya ərazidə əhalinin 1 faiz, 26-da isə 10 fazi azalacağı gözlənilir. Çində 2019-2050-ci illər arasında əhalinin 2.2 faiz artması ilə 31.4 milyona çatacağı bildirilir. Doğum səviyyəsinin azalması ilə xüsusilə qadınlar arasında təhsil və iş səviyyəsi də azalır. 
 
"Dünya Əhalisi Perspektivləri - 2019" adlanan hesabatda miqrasiyanın da bəzi bölgələrdə əhalinin azalmasına səbəb olduğu vurğulanır. Banqladeş, Nepal və Filippin kimi ölkələrdən miqrant axının artdığı müşahidə edilir. Myanma, Suriya və Venesueladakı münaqişələr də buna yardım edir.
 
BMT gələn on il ərzində Belarus, Estoniya, Almaniya, Macarıstan, İtaliya, Yaponiya, Rusiya, Serbiya və Ukraynaya miqrant axınının artacağını da açıqlayıb.
# 617
avatar

Oxşar yazılar