“Neftçi”nin baş məşqçisi: "Rəqibimiz adi komanda deyil"
18 iyun 2019 18:57 (UTC +04:00)

“Neftçi”nin baş məşqçisi: "Rəqibimiz adi komanda deyil"

“Speranta” adi komanda deyil”. 
 
APA-nın məlumatına görə, bunu Bakının “Neftçi” futbol klubunun baş məşqçisi Roberto Bordin deyib. 
 
İtaliyalı mütəxəssis UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirib. O, Moldova “Speranta”sı ilə ilk oyunun evdə keçiriləcəyini üstünlük hesab etdiyini deyib: “Moldovada futbol mövsümü davam edir. Belə olan halda təbii ki, rəqibin fiziki vəziyyəti hazırda bizimkindən daha yaxşıdır. Çünki biz təlim-məşq toplanışına yeni başlamışıq və fiziki hazırlığı yaxşı vəziyyətə gətirəcəyik. Təbii ki, Moldova çempionatını, "Speranta”nı yaxşı tanıyıram. Bilirəm ki, bu komandanı kifayət qədər yaxşı məşqçi çalışdırır. Əsas odur ki, ilk oyunu evdə, azarkeşlərimiz önündə keçirəcəyik. Bu üstünlükdən istifadə edib, səfərə sərfəli nəticə ilə yollanacağıq”.
Qeyd edək ki, "Neftçi” və "Speranta” arasında ilk oyun iyulun 11-i "Bakcell Arena”da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.
# 718
avatar

Oxşar yazılar