BMT Mursinin ölümü ilə bağlı müstəqil araşdırma aparılmasına çağırdı
18 iyun 2019 18:46 (UTC +04:00)

BMT Mursinin ölümü ilə bağlı müstəqil araşdırma aparılmasına çağırdı

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Misirin keçmiş prezidenti Məhəmməd Mursinin ölümü ilə bağlı müstəqil araşdırmanın başladılması ilə bağlı çağırış edib.
 
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ali Komissarlığın sözçüsü Rupert Kolvill bildirib.
 
“Məhəmməd Mursinin həbsxanada olduğu 6 il müddətində onun saxlanma şəraiti, tibbi yardımın qeyri-kafi olması, vəkilləri və ailəsi ilə əlaqə saxlama imkanlarının məhdudlaşdırılması ilə bağlı narahatlıqlar meydana çıxıb. Bu araşdırma Mursinin saxlanma şəraitinin onun ölümündə rolunun olub-olmadığına aydınlıq gətirməlidir. İstintaq müstəqil məhkəmə və ya digər səlahiyyətli orqan tərəfindən həyata keçirilməli və onun ölüm səbəbi tez və qərəzsiz araşdırılmalıdır ",- Kolvill qeyd edib.
# 615
avatar

Oxşar yazılar