Millinin sabiq futbolçusu “Sabah”da
18 iyun 2019 15:29 (UTC +04:00)

Millinin sabiq futbolçusu “Sabah”da

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” klubu daha bir futbolçunu heyətinə cəlb edib.
 
APA-nın məlumatına görə, Məhəmməd Mirzəbəyov bundan sonra paytaxt təmsilçisinin şərəfini qoruyacaq. 
 
28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.  Karyerası ərzində “Anji” (Rusiya), “Sumqayıt”, “İnter” və “Qəbələ”nin uğurları üçün çalışmış futbolçunun son komandası “Neftçi” olub. M.Mirzəbəyov əvvəllər şərəfini qoruduğu Azərbaycan millisində 18 oyun keçirib.
Qeyd edək ki, yığmanın sabiq müdafiəçi “Sabah”ın növbəti mövsüm üçün 4-cü transferidir. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanıb.

 

 

# 462
avatar

Oxşar yazılar