UEFA Mişel Platininin saxlanılmasına şərh verməkdən imtina etdi
18 iyun 2019 15:33 (UTC +04:00)

UEFA Mişel Platininin saxlanılmasına şərh verməkdən imtina etdi

UEFA qurumun sabiq prezidenti Mişel Platininin saxlanılmasına şərh verməkdən imtina edib.
 
APA-nın Rusiyanın “RİA-Novosti” agentliyinə istinadən məlumatına görə, qurumun mətbuat xidməti hadisəyə münasibət bildirmək istəməyib.
 
Fransalının DÇ-2022-nin ev sahibliyinin Qətərə verilməsi ilə bağlı korrupsiya ilə bağlı ifadə vermək üçün saxlanılmasına UEFA-dan qısa cavab verilib: “İndi bizim şərhimiz yoxdur”.
 
Qeyd edək ki, M.Platini 2015-ci ildə futbol fəaliyyətindən kənarlaşdırılıb. Buna onun 2011-ci ildə FİFA prezidenti Yozef Blatterdən qanunsuz 2 milyon İsveçrə frankı alması səbəb olub.
# 654
avatar

Oxşar yazılar