Bakıda narkotacir saxlanıldı - FOTO
18 iyun 2019 11:45 (UTC +04:00)

Bakıda narkotacir saxlanıldı - FOTO

Paytaxtın Nizami rayonunda saxlanılan narkotik alverçisinin evindən külli miqdarda narkotik vasitə aşkar olunub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.
 
Əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Firuz Mehdizadə İbrahim Cəfərovun 242 manat pulunu bankomat kartından oğurladığı üçün polislər tərəfindən tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,185 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. F.Mehdizadə ifadəsində heroini Nizami rayonunun Keşlə qəsəbəsində yaşayan Gündüz adlı narkotacirdən aldığını bildirib.
 
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Gündüz Tahirov da bölmə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı 3,550 qram heroin, 5 kiloqram 10 qram qurudulmuş marixuana, müxtəlif növ psixotrop dərmanlar, 10 ədəd kultivasiya edilmiş çətənə kolu aşkar edilərək götürülüb.
 
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
# 696
avatar

Oxşar yazılar