İşləməyə gedən gənc oğlan yoxa çıxdı
18 iyun 2019 11:35 (UTC +04:00)

İşləməyə gedən gənc oğlan yoxa çıxdı

Bakıdan Rusiyaya işləməyə gedən 23 yaşlı gənc itkin düşüb.
 
APA-nın məlumatına görə, Nizami rayon sakini Samirə Cabbarova rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlu, 1996-cı il təvəllüdlü Ramil Əliyevin bu il fevralın 18-də sənədlərini götürərək Rusiya Federasiyasına işləmək adı ilə evdən çıxıb getdiyini və bir daha ondan xəbər almadığını bildirib.
 
Faktla bağlı araşdırma aparılır.
# 521
avatar

Oxşar yazılar