Tanınmış idmançının oğlunu qətlə yetirənin kimliyi MƏLUM OLDU
18 iyun 2019 11:29 (UTC +04:00)

Tanınmış idmançının oğlunu qətlə yetirənin kimliyi MƏLUM OLDU

Gəncədə çay evində qətl törədən şəxsin kimliyi məlum olub.
 
APA-nın məlumatına görə, şəhərin mərkəzində yerləşən “Miraj” çay evinin qarşısında 1983-cü il təvəllüdlü Emin Məmmədov şəxsi münaqişə zəminində qisas almaq niyyəti ilə 1995-ci il təvəllüdlü Elnur Alıyevi bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı Emin Məmmədov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Qeyd edək ki, mərhum E.Alıyev tanınmış idman ustası İlqar Alıyevin oğludur.
 
# 658
avatar

Oxşar yazılar