Magistraturaya ixtisas seçimi başa çatır
18 iyun 2019 09:31 (UTC +04:00)

Magistraturaya ixtisas seçimi başa çatır

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi bu gün saat 23.59-da başa catacaq. 
 
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, ixtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.
 
Müsabiqəyə yalnız 18 iyun saat 23.59-dək  "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
# 417
avatar

Oxşar yazılar