Bakıda naməlum avtomobilin vurduğu piyada ağır xəsarət alıb
17 iyun 2019 23:13 (UTC +04:00)

Bakıda naməlum avtomobilin vurduğu piyada ağır xəsarət alıb

 

Bakının Sabunçu rayonunda avtomobil piyadanı vuraraq ona xəsarət yetirib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Naməlum sürücünün idarə etdiyi avtomobil piyada - 1963-cü il təvəllüdlü Razakova Zemfira Sergey qızını vurub.

Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

# 621
avatar

Oxşar yazılar