"Heç kim Neymarı PSJ-yə gəlməyə məcbur etməyib" - Prezident
17 iyun 2019 19:10 (UTC +04:00)

"Heç kim Neymarı PSJ-yə gəlməyə məcbur etməyib" - Prezident

PSJ prezidenti Nasser Əl-Xəlafi komandanın futbolçuları Neymar və Killian Mbappe haqda danışıb.
 
Lent.az qol.az-a istinadla xəbər verir ki, o, braziliyalı hücumçu barədə bunları deyib: "Oyunçularımızın əvvəlkindən daha çox məsuliyyət hiss etməlidir. Bu formanı geyinməkdən qürur duymaqlarını istəyirəm. Burada oynamaq istəməyənə  qapı açıqdır. Heç kim Neymarı PSJ-yə gəlməyə məcbur etməyib. 2022-ci ilə qədər müqaviləsi var. Müqaviləsinə hörmət etməlidir. O, öz istəyi ilə müqavilə imzalayıb".
 
Qətərli rəhbər Mbappenin isə Paris təmsilçisində qalacağını söyləyib: "Bu çılğın oyunçunun klubdan getməyinə icazə verməyəcəm. Mbappe də burada qalmaq istəyir".
 
Qeyd edək ki, PSJ-nin Neymarı satmağa hazır olduğu iddia olunur.
# 722
avatar

Oxşar yazılar