"Belarusda ölüm hökmünə moratorium qoyulmalıdır" - <span style="color:red;">AŞPA
17 iyun 2019 17:39 (UTC +04:00)

"Belarusda ölüm hökmünə moratorium qoyulmalıdır" - AŞPA

"Belarusda ölüm hökmünə moratoriumun qoyulması zəruridir".  
 
APA-nın xəbərinə görə, bu barədə Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) ölüm hökmünün ləğv edilməsi məsələsi üzrə baş məruzəçisi Titus Korlesyanın təşkilatın rəsmi saytında yayılan bəyanatında deyilir.
 
“Avropanın demokratik standartları cinayətin ağırlığından və şəraitdən asılı olmayaraq, ölüm cəzasının istifadəsini qadağan edir. Belarus bir daha göstərdi ki, Avropa standartlarına uyğunlaşmaq istəmir”, - deyə Korlesyanın bəyanatında qeyd edilir.
 
Onun sözlərinə görə, ölüm cəzasının tədbiq olunması Avropa Şurası və rəsmi Minsk arasında sıx əlaqələrin inkişafını çətinləşdirir: “Belarus hökuməti üçün irəliləyişin yeganə yolu tez bir zamanda ölüm cəzasına moratorium qoymaqdır və tədricən onun tamamilə ləğvinə doğru irəliləməkdir”. 
 
Qeyd edək ki, Belarus Avropada ölüm hökmünü tədbiq edən yeganə ölkə olaraq qalır. Son 20 ildə Belarusda 400 nəfər edam olunub. Qərb siyasətçiləri dəfələrlə bildiriblər ki, ölüm cəzasına moratorium qoyulması ölkənin Avropa İttifaqına daxil olması üçün ilk addım ola bilər. 
# 739
avatar

Oxşar yazılar