“İranın Hörmüz boğazını bağlamaq niyyəti olarsa, bunu elan edəcək” - İranın Baş Qərargah rəisi
17 iyun 2019 16:05 (UTC +04:00)

“İranın Hörmüz boğazını bağlamaq niyyəti olarsa, bunu elan edəcək” - İranın Baş Qərargah rəisi

“Hörmüz boğazının bağlamaq istəsək, bunu elan edəcəyik və var gücümüzlə bunu həyata keçirəcəyik”.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bildirib.
 
Baş Qərargah rəisi deyib ki, kimsə Hörmuz boğazının təhlükəsizliyinə ziyan vurmadıqca, İran boğazın təhlükəsizliyini təmin edəcək: “İran öz neftini ixrac edəcəksə, digərləri də öz neftini ixrac edcəcək. Əgər İranın Hörmüz boğazını bağlamaq niyyəti və iradəsi olarsa, bunu açıq-aşkar elan edəcək, var gücü ilə tam şəkildə bunu həyata keçirəcək”.
# 639
avatar

Oxşar yazılar