Afrikalı futbolçu "Səbail"dən ayrıldı
17 iyun 2019 13:53 (UTC +04:00)

Afrikalı futbolçu "Səbail"dən ayrıldı

“Səbail”in  futbolçusu Maudo Jarjue komandanı tərk edib.
 
Lent.az-ın məlumatına görə, bu barədə qol.az-a komandanın baş məşqçisi Aftandil Hacıyev bildirilb. Onun sözlərinə görə, qvineya-bisaulu müdafiəçi ilə yeni müqavillə bağlamaq istəsələr də futbolçu buna müsbət cavab verməyib:
 
“Meneceri Jarjuenin başqa təkliflərinin olduğunu dedi. Futbolçu buna görə getmək qərarına gəlib. Onun əvəzinə bir və ya iki müdafiəçi almaq istəyirik”.
 
Qeyd edək ki, Maudo Jarjue 2017-ci ilin yayından “Səbail”də çıxış edirdi. 
# 608
avatar

Oxşar yazılar