Gecə aeroport yolunda "KİA" yandı
17 iyun 2019 10:38 (UTC +04:00)

Gecə aeroport yolunda "KİA" yandı

Bakıda hərəkətdə olan minik avtomobili qəfildən yanıb.
 
Lent.az Trend-ə istinadaə bildirir ki, hadisə ötən gecə aeroport yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı avtomobilin mühərrik hissəsi qəfildən alışmağa başlayıb.
 
Avtomobili yolun kənarında saxlayan sürücünün köməyinə ətrafdakılar çatıb. Yanğını söndürmək üçün hadisə yerinə yaxınlaşan avtomobillərdəki yanğınsöndürən balonlardan istifadə edilib.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb, avotomobilə ziyan dəyib.
# 475
avatar

Oxşar yazılar