Samuxda kənd sakini mübahisə etdiyi qonşusunu bıçaqlayıb
17 iyun 2019 01:19 (UTC +04:00)

Samuxda kənd sakini mübahisə etdiyi qonşusunu bıçaqlayıb

Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb.
 
APA-nın yerlli bürosunun məlumatına görə, hadisə rayonun Aluşağı kəndində baş verib.
 
Belə ki, kənd sakini 32 yaşlı Zamin Bayramov qardaşının evində qonşusu Cəfərov  Elxanla mübahisə edib. Nəticədə aralarında yaranan mübahisə zamanı Elxan Cəfərov Zanim Bayramovu bıçaqlayıb. Yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirlib.
Xəstə əməliyyat olunub,onun vəziyyətinin kafi olduğu bildirilir. Artıq hadaisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat  axtarışlarına başlanıb.
 
Qeyd edək ki, hadisə Zamin Bağırovun qardaşının evində da günü keçrilən zaman baş verib. Dava edənlər isə qonşu olublar. 
 
Faktla bağlı araşdırma aparılır.
# 608
avatar

Oxşar yazılar