Göygöldə idarəetməni itirən sürücü mikroavtobusu aşırıb, bir nəfər yaralanıb - <span style="color:red;">YENİLƏNİB
16 iyun 2019 21:12 (UTC +04:00)

Göygöldə idarəetməni itirən sürücü mikroavtobusu aşırıb, bir nəfər yaralanıb - YENİLƏNİB

 
Sürücünün idarəetməni itirməsi nəticəsində aşan mikoavtobusda 10-a yaxın sərnişin olub. 
 
APA-nın yerli bürosunun məlumatına görə, onlardan bir nəfəri - 1999-cu il təvəllüdlü, İbrahimov Qələndər xəsarət alıb. 
 
Kənd sakinlərinin sözlərinə görə, mikroavtobuzdakı ailə və qohumlardan ibarət sərnişinlər ad günü məclisindən gəlirlərmiş. 
 
 
****
 
20:59
 
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Belə ki,  hərəkətdə olan “Mersedez” (sprinter) markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində xəsarət alan sərnişinlərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
 
Hadisə yerinə hüquq-mühahizə orqanları cəlb olunub.
 
Faktla bağlı araşdırma aparılır.
# 577
avatar

Oxşar yazılar