Azərbaycanlı sürücü qəza törətdi, <span style="color:red;">məşhur futbolçunun həyat yoldaşı öldü
16 iyun 2019 18:32 (UTC +04:00)

Azərbaycanlı sürücü qəza törətdi, məşhur futbolçunun həyat yoldaşı öldü

Dünən yerli vaxtla saat 20.05-də Ukraynanın Lvov şəhərində 44 yaşlı Azərbaycan vətəndaşı qəza törədib.
 
APA-nın "Ukraїnskі Novini" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Lvov Vilayət Dövlət Administrasiyası məlumat yayıb.
 
Hadisə Qorskoy,5 ünvanında baş verib. Azərbaycanlı "Mersedes-Benz" markalı avtomobillə piyadanı vurub. Qəza nəticəsində ağır travma alan 77 yaşlı qadın hadisə yerinə ölüb.
Hüquq-mühafizə orqanlarından "Ukraїnskі Novini" nəşrinə verilən məlumata görə, ölən qadın Lvovun "Karpat" komandasının əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşı,  "Olimp-L" uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq hakim Lyubov Rassıxinadır.
 
# 785
avatar

Oxşar yazılar