“Neftçi” fransalı hücumçunun transferini rəsmiləşdirib - VİDEO
16 iyun 2019 16:08 (UTC +04:00)

“Neftçi” fransalı hücumçunun transferini rəsmiləşdirib - VİDEO

Bakının “Neftçi” klubu növbəti transferini rəsmiləşdirib.
 
APA-nın məlumatına görə, paytaxt təmsilçisi fransalı hücumçu Stiven Monrozun komandaya qoşulduğunu açıqlayıb.
 
Son iki mövsümü “Qəbələ”də keçirən 29 yaşlı forvardla 2 il müddətinə müqavilə bağlanıb. Yeni mövsümə Türkiyədə hazırlaşan komandanın düşərgəsində olan S.Monroz Premyer Liqada keçirdiyi 47 oyunda 15 qol vurub.
29 yaşlı hücumçu "ağ-qaralar"ın heyətində 28 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, S.Monroz bu yay “Qəbələ”dən “Neftçi”yə keçən 3-cü futbolçudur. Onadək Rauf Əliyevlə Voislav Stankoviç də paytaxt klubuna keçib.
# 827
avatar

Oxşar yazılar