Qubada minik maşını krana çırpıldı: ölən var
16 iyun 2019 11:00 (UTC +04:00)

Qubada minik maşını krana çırpıldı: ölən var

Bu gün səhər saatlarında Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb.  
 
27 yaşlı Nügədi kənd sakini Şahbaba Hüseynov idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yol kənarındakı qaldırıcı krana çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
# 497
avatar

Oxşar yazılar