Bakıda iki minik avtomobili toqquşub - <span style="color:red;">FOTO  - VİDEO
16 iyun 2019 04:46 (UTC +04:00)

Bakıda iki minik avtomobili toqquşub - FOTO - VİDEO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, avtoqəza Dilarə Əliyeva və Mehbalı Zeynalabdiyev küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, sürücü Sahil Quliyev idarə etdiyi "Opel" markalı minik maşını ilə D.Əliyeva küçəsində hərəkətdə olarkən "Hyundai" markalı avtomobil qəfildən ara məhəllələrin birindən onun yoluna çıxıb və qəza şəraiti yaradıb. Nəticədə avtomobillər toqquşub. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Yol qəzasının təfərrüatları araşdırılır.

# 582
avatar

APA Baycan

Oxşar yazılar