Bakının Nizami rayonunda piyadanı avtomobil vurub - FOTO
16 iyun 2019 02:11 (UTC +04:00)

Bakının Nizami rayonunda piyadanı avtomobil vurub - FOTO

 

Bakıda 25 yaşlı piyadanı avtomobil vurub.

APA xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, Elnur adlı şəxs idarə etdiyi “Jeep” markalı avtomobillə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 25 yaşlı Nicatı vurub. Yaralı Bakı Şəhər Baş DYP İdarəsinin 450 qeydiyyatlı xidməti avtomobilinin müfəttişləri tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti hazırda ağırdır.

Yol qəzası ilə bağlı Nizami polisi araşdırma aparır.

# 812
avatar

Oxşar yazılar