Yevlaxda baş vermiş qəzada xəsarət alanlardan biri dünyasını dəyişib - YENİLƏNİB
15 iyun 2019 21:15 (UTC +04:00)

Yevlaxda baş vermiş qəzada xəsarət alanlardan biri dünyasını dəyişib - YENİLƏNİB

 

Yevlaxda baş vermiş yol qəzası nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib.

Digər yaralıların müalicəsi davam etdirilir.

***

Saat 19:37

Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub.
 
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Malbinəsi kəndi yaxınlığında qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobilinin “QAZEL” markalı yük maşını ilə toqquşması nəticəsində biri ağır olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar - 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, 2001-ci il təvəllüdlü Qədirli Yusif Qaragöz oğlu və onun qardaşı, 1996-cı il təvəllüdlü Qədirli Babək Qaragöz oğlu xəstəxanaya yerləşdiriliblər. Elşən Xəlilovun vəziyyəti ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
# 802
avatar

Oxşar yazılar