Gəncə sakini 2 kiloqram narkotiklə tutuldu
15 iyun 2019 14:02 (UTC +04:00)

Gəncə sakini 2 kiloqram narkotiklə tutuldu

Gəncə şəhər sakinindən narkotik götürülüb. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini S.Hüseynovdan 2 kiloqram 95,74 qram marixuana götürülüb. 
 
Faktla bağlı araşdırma aparılır.
# 705
avatar

Oxşar yazılar