Zaqatalada 4 yaşlı uşağı it dişləyib
15 iyun 2019 00:48 (UTC +04:00)

Zaqatalada 4 yaşlı uşağı it dişləyib

Bu gün axşam saatlarında rayonun Höytala kənd sakini, 2015-ci il təvəllüdlü Seyidəhməd Abdulla oğlu Xiniyev it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, tibb müəssəindən bildirilib ki, müayinə zamanı 4 yaşlı S.Xiniyevə sağ ayağın topuq nahiyəsinin it dişləməsi dioqnozu qoyulub.   S.Xiniyevə lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

# 532
avatar

Oxşar yazılar