Bakıda ötən ay avtomobil vuran 39 yaşlı qadın xəstəxanada ölüb
14 iyun 2019 23:47 (UTC +04:00)

Bakıda ötən ay avtomobil vuran 39 yaşlı qadın xəstəxanada ölüb

Ötən ay Binəqədi rayonunda avtomobil vuran 39 yaşlı Qəhrəmanova Aynurə Elman qızı xəstəxanada ölüb.
 
 
APA xəbər verir ki, ölüm hadisəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib.
 
Belə ki, Binəqədi rayonunda Qəhrəmanova Aynurə Elman qızını bu ilin may ayında Rüstəm Süleymanov idarə etdiyi "Toyota Prado" markalı avtomobillə vurmuşdu.  Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Lakin həkimlərin müdaxiləsinə baxmayaraq o bu gün dünyasını dəyişib.
# 533
avatar

Oxşar yazılar