Paytaxtda  yolun ortasında avtomobil ALIŞDI: güclü TIXAC yaranıb - FOTO - VİDEO
14 iyun 2019 21:20 (UTC +04:00)

Paytaxtda yolun ortasında avtomobil ALIŞDI: güclü TIXAC yaranıb - FOTO - VİDEO

Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində nəqliyyat vasitəsi yanıb. Bu səbəbdən də hazırda Yusif Səfərov küçəsi, Babək və Şah İsmayıl Xətai prospektlərindən Heydər Əliyev prospekti istiqamətində tıxac müşahidə edilir. 
 
Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
 
O, əlavə edib ki, qeyd edilən və ətraf küçələrdə nəqliyyat vasitələrinin hərəkətində sıxlığın aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
 
Qeyd edək ki, yanğın 90-AR-101 dövlət nömrə nişanlı "Volvo" markalı avtomobildə baş verib. Yanğına səbəb avtomobilin elektrik sistemindəki nasazlıq olub.

# 1003
avatar

Oxşar yazılar