İmişlidə şagirdlər məktəb direktorunu döyüb? - AÇIQLAMA
14 iyun 2019 18:53 (UTC +04:00)

İmişlidə şagirdlər məktəb direktorunu döyüb? - AÇIQLAMA

İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil.
 
Lent.az xəbər verir ki, bu barədə Trend-ə İmişli rayon Təhsil şöbəsindən məlumat verilib.
 
Şöbədən bildirilib ki, məktəbin direktoru döyülməyib: "Ümumiyyətlə, belə bir hadisə baş verməyib. Bu, uydurmadır".
 
Qeyd edək ki, "Son zəng" tədbiri zamanı İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi və xəsarət alması, hətta hüquq-mühafizə orqanlarının da bu işə qarışması barədə məlumatlar yayılıb.
# 603
avatar

Oxşar yazılar