“Makqreqorla revanş döyüşü mənim üçün maraqlı deyil” - <span style="color:red;">Nurməhəmmədov
14 iyun 2019 16:39 (UTC +04:00)

“Makqreqorla revanş döyüşü mənim üçün maraqlı deyil” - Nurməhəmmədov

Yüngül çəki dərəcəsində UFC kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədov son döyüşdə qalib gəldiyi irlandiyalı Konor Makqreqorla revanş qarşılaşmasında maraqlı deyil. 
 
APA-nın məlumatına görə, bunu Rusiya mətbuatına 31 yaşlı idmançını özü açıqlayıb. 
 
O bildirib ki, ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC-229 çərçivəsində baş tutan döyüş onda mənfi təəssüratlar yaradıb. Bu üzdən də rusiyalı eyni məkanda tamaşaçılar önünə çıxmaq istəmir: “Veqasda baş verənlər orda qaldı. Nə baş verdiyini hamı bilir. Mən qalib gəldim, onu və komandasını darmadağın etdik. Yenidən Veqasda döyüşmək istəmirəm. Makqreqoru cəzalandırdılar, məni onqat cəriməyə məruz qoydular. Söhbət pulda deyil, prosesin gedişindədir. Veqasda böyük döyüş olsa, tamaşaçı kimi ora yollanacam. Amma özüm döyüşmək istəmirəm”.
 
H.Nurməhəmmədov rəqibinin karyerasını bərpa edəcəyi halda, onunla döyüş ehtimalına da toxunub: “O, buna layiq olsa, revanş döyüşü keçirilə bilər. Amma hazırda mənim üçün maraqlı deyil. Revanş döyüşü nəyimə lazımdır ki?”
# 1019
avatar

Oxşar yazılar