Ağsuda da 3 hektar taxıl sahəsi kül oldu
14 iyun 2019 12:14 (UTC +04:00)

Ağsuda da 3 hektar taxıl sahəsi kül oldu

 
Bir qədər öncə Ağsu rayonu Bico kəndi ərazisində Şahid Salmanova aid taxıl sahəsində yanğın hadisəsi baş verib.
 
Kənd sakinlərinin Lent.az-a verdiyi məlumata görə, Nail Allahverdiyevə məxsus su maşınının və Yanğın Söndürmə xidmətinin səyyləri nəticəsində tez bir zamanda yanğının qarşısı alınıb və başqa əraziyə keçməsinə imkan verilməyib.
 
Yanğın nəticəsində Şahid Salmanovun təxminən 3 ha taxıl sahəsi yanaraq kül olub.
 
Bildirilir ki, yanğına taxil biçərkən kombayndan çıxan qığılcım səbəb olub. 
 
 
 
# 410
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar