Slaven Biliç yenidən İngiltərədə çalışacaq
13 iyun 2019 17:55 (UTC +04:00)

Slaven Biliç yenidən İngiltərədə çalışacaq

Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliçin yeni iş yeri məlum olub.
 
 
APA-nın məlumatına görə, 51 yaşlı mütəxəssis karyerasını yenidən İngiltərədə davam etdirəcək.    
 
 
2015-17-ci illərdə “Vest Hem”ə rəhbərlik edən S.Biliç bu dəfə “Vest Bromviç”lə anlaşıb. O, Çempionşipdə mübarizə aparan klubla iki illik müqavilə imzalayıb.
 
 
Qeyd edək ki, xorvatiyalı mütəxəssis vətənində əsas və U-21 yığmaları, həmçinin “Hayduk”, Rusiyada “Lokomotiv”, Türkiyədə “Beşiktaş”, İngiltərədə “Vest Hem”, Səudiyyə Ərəbistanında “Əl-İttihad” klublarının baş məşqçisi olub.
# 875
avatar

Oxşar yazılar