Ruslan Abışov "Sabah"a keçdi
13 iyun 2019 15:28 (UTC +04:00)

Ruslan Abışov "Sabah"a keçdi

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib. Təcrübəli müdafiəçi Ruslan Abışovla 2 illik müqavilə bağlanıb. Bu barədə Lent.az-a adıçəkilən klubdan bildirilib.
 
Qeyd edək ki, futbolçu karyerasına “Neftçi”də başlayan Abışov, daha sonra “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” və Rusiyanın “Rubin” klubunun uğurları üçün çalışıb. Abışovun son komandası “Neftçi” olub.
 
Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb.
# 881
avatar

Oxşar yazılar