308
13:45
13 İyun 2019

Hindistanda hərbi təyyarə qəzası: bütün heyət həlak oldu

Arunaçal Pradeş ştatının şimal şərqində qəzaya uğrayan Hindistan hava qüvvələrinə məxsus An-32 hərbi təyyarəsinin bütün heyəti həlak olub.
APA -nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi jurnalistlərə bildirib.
“Səkkiz nəfərdən ibarət axtarış qrupu bu gün səhər An-32 təyyarəsinin qəzaya uğradığı yerə çatıb. Biz çox təəssüflə bildiririk ki, təyyarə qəzasından kimsə sağ qurtulmayıb”, - deyə sözçü bildirib.
Təyyarənin qalıqları Lipo kəndindən 16 metr şimalda, dağın yamacında tapılıb.
Qeyd edək ki, göyərtəsində 13 nəfər olan An-32 hərbi təyyarəsi iyunun 3-də Assam ştatının şimal-şərqində olarkən radarlardan itib.