87
10:46
13 İyun 2019

Şamaxıda taxıl sahəsi yanıb - VİDEO

Şamaxı rayonunda böyük bir ərzaidə yanğın baş verib.
APA xəbər verir ki, hadisə rayonun Göylər kəndində biçilməmiş taxıl sahəsində qeydə alınıb.
Əraziyə dərhal FHN-in Şamaxı Dövlət Yanğın Mühafizə hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
Yanğının hansı səbəbdən baş verdiyi barədə hələlik heç bir məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyi Şamaxıda taxıl sahəsində baş verən yanğınla bağlı məlumat yayıb.
Xəbərə görə, Şamaxı rayonunda 52 ha sahədə güclü yanğın qeydə alınıb. Şamaxı rayonunun Çöl Göylər kəndində 7 ha biçilməmiş və 30 ha biçilmiş taxıl sahəsi, 15 ha sahədə quru ot, kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.