275
02:15
13 İyun 2019

Sabirabadın iki kəndində eyni anda at arabası ilə avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

APA -nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayounun Nərimankənd kəndində Qaratəpə kənd sakini, 1987-ci il təvəllüdlü Abdullayev Çingiz Mustafa oğlunun idarə etdiyi “VAZ-2106” markalı 10 KT 832 dövlət nömrə nişanlı avtomobil atarabası ilə toqquşub.
Nəticədə sürücü və arabada olan Qaratəpə kənd sakinləri, 1968-ci il təvəllüdlü Gözəlov Elman Xeyrulla oğlu və 1986-cı il təvəllüdlü Kərimov Sahil Xeyrulla oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiliblər.
Digər analoji qəza Sabirabad rayonunun Beşdəli kəndində baş verib. “QAZEL” markalı yük avtomobili at arabası ilə toqquşması nəticəsində arabada olan kənd sakinləri 1986-cı il təvəllüdlü Lətifov Ruhin Qəribxan oğlu və 1993-cü il təvəllüdlü Əliyev Aslan Tərlan oğlu müxtəlif dərəcəli xəsarələrlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Hər iki faktla bağlı araşdırma aparılır.
****
23:30, 12 iyun 2019
Sabirabad rayounun Nərimankənd kəndində “VAZ-2106” markalı maşın at arabası ilə toqquşub.
APA -nın Mil-muğan bürosunun verdiyi xəbərə görə, nəticədə 3 nəfər xəsarət alıb. Arabanı sürən şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Arabada olan digər kənd sakinlərinə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.