262
20:40
12 İyun 2019

İmişlidə 62 yaşlı kişi çayda boğulub

İmişli rayonunun Otuz ikilər kənd sakini 1957-ci il təvəllüdlü Balayev Arazxan İnşallah oğlu çayda çimərkən boğularaq ölüb.
APA -nın Mil-muğan bürosunun məlumatına görə, meyit sakinlər tərəfindən çaydan çıxarılıb. A.Balayevin cəsədi aidiyyəti üzrə ekspertizaya göndərilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aprılır.