261
19:48
12 İyun 2019

Yevlax və Ağcabədidə taxıl sahələri yanıb

Yevlax və Ağcabədidə taxıl sahələrində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən APA -ya verilən məlumata görə, Ağcabədi rayonunun Xocavənd kəndində 1 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa Yevlax şəhərinin Aran qəsəbəsində 0,07 ha biçilməmiş, 0,03 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub və yanğın söndürülüb.