500
19:54
12 İyun 2019

Hindistanda BU SƏBƏBDƏN 4 mindən çox əkinçi intihar edib

Hindistanın paytaxtı Yeni Dehlidə havanın temperaturu 48 dərəcəyə çatıb.

Racastan əyalətinin Çuru şəhəri isə 50 dərəcəni keçən temperturla dünyanın ən isti şəhəri olub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mumbayi şəhərindən təxminən 400 km məsafədə yerləşən bölgələrdə onlarla kəndin sakinləri yaşadıqları yeri tərk edir. Su olmadığından xəstə və yaşlı insanlardan başqa əhalinin 90 faizi başqa yerlərə üz tuturlar.

Maharaştra əyalətinə bağlı Beed şəhəri yaxınlığındakı 2 min əhalisi olan Hatkarvadi qəsəbəsində 10-15 insan qalıb.

Qlobal istiləşmə Hindistanda daha çox təsirini göstərir. Elm adamları bu prosesin davam edəcəyini və bunun fonunda ölkədə quraqlıq və susuzluğun daha da artacağını bildirirlər.

Hindistanın ən quraqlıq bölgəsi olan Maratvada son 5 ildə 4 min 700-dən çox əkinçi intihar edib.

Sadəcə 2018-ci ildə intihar edən əkinçilərin sayı 947 nəfər olub.

Havanın temperaturunun artması ilə quyulardakı sular quruyur, bu vəziyyətin təkcə iki əyalətdə 8 milyon əkinçiyə təsir etdiyi bildirilir. Kəndlilər hər gün su üstündə dava edirlər.