221
17:53
12 İyun 2019

Şəkidə yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Şəkidə ağır yol qəzası olub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki-Oğuz avtomobil yolunun Şəki rayon ərazisindən keçən hissəsində baş verib. Oğuz rayon sakininin idarə etdiyi “VAZ-21074” markalı, 48 BE 233 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin, Oğuz rayon sakini Eliş Ənvər qızı Nağıyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb. Daha üç nəfər - Oğuz rayon sakinləri - 1953-cü il təvəllüdlü Aydın Qasım oğlu Xurşudov, 1959-cu il təvəllüdlü Əlövsət Əvəz oğlu Xurşudov və 1967-ci il təvəllüdlü Təranə Əfqan qızı Novruzova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Tibb müəssisəsindən APA-ya bildirilib ki, hazırda yaralıların müayinəsi aparılır.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.