468
17:51
12 İyun 2019

İstanbulda güclü leysan yağışları: ciddi fəsadlar yaranıb - FOTO

İstanbulda yağan güclü leysan yağışları ciddi fəsadlara yol açıb.
APA -nın "Milliyət"ə istinadən verdiyi xəbərə görə, leysan nəticəsində şəhərin bəzi hissələrində avtomobillər su altında qalıb, bir evin damına ildırım düşüb.
İstanbulun Pendik, Qartal və Maltəpə rayonlarında yeraltı keçidləri və binaları su basıb. Pendikdə uşaq bağçasında köməksiz vəziyyətdə qalan üç nəfər xilas edilib.