Futbol üzrə Azərbaycan millisi Makedoniyaya uduzdu
12 iyun 2019 16:04 (UTC +04:00)

Futbol üzrə Azərbaycan millisi Makedoniyaya uduzdu

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində ilk  oyununu keçirib. Bu barədə Lent.az-a AFFA-dan bildirilib.
 
Məlumata görə, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yığmamızın heyətində Ağadadaş Salyanski fərqlənib.
 
Bu komandalar arasında növbəti oyun iyunun 13-də, Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.
# 712
avatar

Oxşar yazılar