119
13:14
12 İyun 2019

Keçmiş məhkumdan narkotik götürüldü

Yardımlıda keçmiş məhkumdan narkotik maddə götürülüb.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Miranovdan 6 kiloqram 120 qram tiryək götürülüb.
Faktla bağlı araşdırma aparılır.