157
12:22
12 İyun 2019

Fəhlənin üzərinə mişar daşı düşdü

Mingəçevirdə tikintidə çalışan fəhlənin üzərinə hündürlükdən mişar daşı düşüb.
APA -nın Mingəçevir bürosunun məlumatına görə, şəhər ərazisində aparılan tikintidə işləyən şəhər sakini, 1972-ci il təvəllüdlü Məmmədov Rəhman Süleyman oğlu ağır xəsarət alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onun bel nayihəsində ciddi fəsad yarandığı müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.